ONN İnformasiya Agentliyi

Yeni məktəbli formasında Zəfər simvolları olacaq? – AÇIQLAMA

Yeni məktəbli formasında Zəfər simvolları olacaq? – AÇIQLAMA
29 Mart 2022 - 15:16

“İctimai müzakirələrdə məktəbli formalarına dövlət bayrağının rənglərinin, Zəfər simvolunun və xarıbülbül nişanının əlavə olunması təklif edilirdi”.

ONN media xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, dizaynerlər və digər qruplar isə məktəbli formasının daha sadə və rahat olmasını təklif edirdilər:

“Burada cəmiyyətin müxtəlif təbəqələrinin fərqli fikirləri özünü göstərir. Bəziləri deyirlər, çox sadə, rəngi ağ olsun. Dizaynerlər deyirlər ki, formanın üzərində zolaqlar olsun. Çünki dizayn məsələsində loqonun əlavə olunması, buta tikilməsi məhsulun qiymətinin artmasına da səbəb olur. Dizaynerlər çalışırlar ki, hərtərəfli, erqonomik olsun. Mümkün qədər ucuz və xoş görünüşlü forma olsun”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png