ONN İnformasiya Agentliyi

Yevgeni Qrinko BAKIDA konsert verəcək

Yevgeni Qrinko BAKIDA konsert verəcək
09 Dekabr 2021 - 12:22

Dünya şöhrətli musiqiçi Yevgeni Qrinko Bakıda konsert proqramı ilə çıxış edəcək.

ONN media  xəbər verir ki, bu barədə musiqiçi instaqramda məlumat verib.

“Nəhayət, biz Bakıya gedirik! Bunu çoxdan gözləyirdik. Apreldə görüşənədək”, – Qrinko qeyd edib.

Konsert 2022-ci ilin aprelin 2-də Heydər Əliyev Sarayında keçiriləcək. Bir saat yarım davam edəcək konsert biletlərinin qiyməti 40-220 manat arasındadır.

Professor Nərgiz Paşayevanın və rəssam Altay Sadıqzadənin qızı, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova isə Qrinkonun paylaşımında onun konsertini 2 ildir gözlədiyini yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png