ONN İnformasiya Agentliyi

Zelenski Baydenə müraciət etdi

Zelenski Baydenə müraciət etdi
13 Aprel 2021 - 9:26

Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət edib.

ONN media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var.

“Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”, – deyə Zelenski bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png