ONN İnformasiya Agentliyi

Azərbaycan vətəndaşları bu ölkəyə səfər edə biləcəklər – SƏRHƏDİ AÇDI

Azərbaycan vətəndaşları bu ölkəyə səfər edə biləcəklər – SƏRHƏDİ AÇDI
02 İyun 2020 - 11:02

Çernoqoriya iyunun 1-dən etibarən bəzi ölkələrin vətəndaşlarının karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.

ONN media bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilib ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png