Bakıda kran aşdı

Bakıda Yeni Günəşli qəsəbəsində aparılan tikinti zamanı qaldırıcı kran aşıb.

ONN media xəbər verir ki, bu barədə oxucularımız BAKU.WS-in “qaynar xətti”nə videolar göndərib.

Hadisə şahidlərinin sözlərinə görə, kran texniki nasazlıq səbəbindən aşıb.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.