ONN İnformasiya Agentliyi

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək
29 Yanvar 2020 - 16:40

“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var”.

ONN media xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında deyib.

Nazir Türkiyə vətəndaşlarını Çindən evakuasiya edəcək təyyarənin həmin azərbaycanlıları da göyərtəsinə qəbul edəcəyini vurğulayıb: “Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək: “Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png