ONN İnformasiya Agentliyi

Diplomatımız erməni mahnısı oxuyan müğənniyə şillə vurdu- Skandal hadisə

Diplomatımız erməni mahnısı oxuyan müğənniyə şillə vurdu- Skandal hadisə
17 Yanvar 2020 - 12:09

Azərbaycanın Tbilisidəki baş konsulu Vüqar Məmmədov Tbilisidə “Qəbələ” Azərbaycan restoranının müğənnisi Afiq Novruzovu erməni mahnısı oxuduğu üçün onu və onu müdafiə edən ermənini döyüb. 

ONN media Eurasia Diary -yə istinadən  xəbər verir ki, mahnı “Fidain” adlanır və Qarabağda vuruşan ermənilərə həsr olunub. Əslən Qarabağlı olan və erməni dilini bilən Vüqar Məmmədov əvvəlcə musiqiçilərə onların kim olduğunu xatırladaraq mahnını kəsməyi tələb edib. Müğənni etiraz edəndə isə ona bir şillə vurub. Əldə etdiyimiz məlumata görə, adı çəkilən müğənni erməni ilə birlikdə Gürcüstanın dövlət orqanlarına şikayət edərək Vüqar Məmmədovun diplomatik fəaliyyətinə son verilərək Gürcüstandan qovulmasını istəyir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndəriləcəyi bildirilmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png