ONN İnformasiya Agentliyi

Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… – Millət vəkili

Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… – Millət vəkili
20 Noyabr 2017 - 23:28
Avropa separatizmin nəticəsi olan miqrant problemini yaşadıqdan sonra Azərbaycanın qaçqın və məcburi köçkünlərinin durumunu anlamalıdır.
ONN media xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı beynəlxalq forumda çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, təəssüf ki, dünya hüquqla deyil, hüquqsuzluqla idarə olunur:
“Biz illərdir ki, ikili standartla üz-üzəyik. Kataloniya məsələsi Qarabağ münaqişəsindən fərqli olsa da, Avropanın, nəhayət, öz başına gələndən sonra azərbaycanlıların probleminə ədalətli yanaşacağını gözləyirik. Mən Qarabağ icmasının üzvü kimi bilməyinizi istərdim ki, erməni icması ilə müzakirələrə hazır olduğumuzu dəfələrlə bildirsək də, buna nail ola bilməmişik. Biz münaqişənin həll olunmasını istəyirik və dünyanı haqq səsimizi eşitməyə çağırırıq”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png