ONN İnformasiya Agentliyi

Ermənistan parlamentində yenidən dava düşdü – VİDEO

Ermənistan parlamentində yenidən dava düşdü – VİDEO
17 Yanvar 2022 - 14:32

Ermənistan parlamentində yenidən qarşıdurma baş verib.

ONN media xəbər verir ki, qarşıdurmaya səbəb vitse-spiker Ruben Rubinyanın “türk agenti” adlandırılmasıdır.

R.Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması prosesində xüsusi nümayəndəsi olaraq yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.

Parlamentdə görüşlə bağlı məlumat verən Rubinyan müxalifət nümayəndələri tərəfindən “agent” olaraq ittiham edilib. Əvvəlcə kürsüdən atışma ilə başlayan qarşıdurma daha sonra bir-birinin üzərinə yeriməklə müşahidə olunub. Əlbəyaxa davanın qarşısı son anda alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png