Hatayda zəlzələ baş verdi

Türkiyənin Hatay vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Hatayın Samandağ rayonunda baş verən zəlzələ yerin 7 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı qeydə alınmayıb.