ONN İnformasiya Agentliyi

İbtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər

İbtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər
08 İyun 2023 - 17:59

İbtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər. Yalnız rus dilində ibtidai təhsil almaq istəyən uşaqların dil biliyi yoxlanılır.

ONN media xəbər verir ki, bu fikirləri QHT.az açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.O vurğulayıb ki, rus dilində ilkin biliklər olmadıqda gələcəkdə mövzuların öyrənilməsi uşaqlar üçün çətinlik yaradır:

“Həmçinin, bu tələb Təhsil Nazirliyinin xüsusi istəyi yox, “Ümumi təhsil haqqında” Qanunun tələbidir. Anlayıram ki, təhsil geniş sahədir və burda da müəyyən problemlər var. Amma bu və ya digər məsələ haqqında yayılan məlumatın doğruluğu və səhihliyi olduqca önəmlidir.

Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən yeni layihələr həyata keçirilir. Bu layihələrin ictimai müzakirəsini də təşkil edə bilərik.

İbtidai siniflərə qəbul zamanı uşaqların imtahana cəlb edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir” – deyə ictimai şura sədri bildirib//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png