ONN İnformasiya Agentliyi

Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər

Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər
18 Aprel 2020 - 12:28

Koronavirusdan müalicə alarkən çəkilən fotosunu sosial şəbəkədə paylaşan qız həbs olunmaqla hədələnib.

ONN media xəbər verir ki, ABŞ-ın Uiskonsın ştatında yaşayan 16 yaşlı Amyiah Cohoon adlı qız Floridada koronavirusa yoluxub.

O, xəstəxanada müalicə olunan zaman çəkilən fotosunu Instagram hesabına yükləyib və insanları evdə qalmağa səsləyib.

“Mən xəstəliyə qalib gəlsəm də, hələ də oksigen maskası vasitəsi ilə nəfəs alıram. Evdə qalın, sağlam qalın”, – qız sosial şəbəkədə paylaşdığı fotosuna rəy olaraq yazıb.

Paylaşımdan bir gün sonra onun evinə polis serjantı gəlib və qızı şəkli silmədiyi təqdirdə onu həbs etməklə hədələyib. O, bildirib ki, bu barədə əmri şerif Joseph Konrath verib. Serjantın dediyinə görə qızın selfisi insanlarda panikaya səbəb olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png