ONN İnformasiya Agentliyi

Məkkə ziyarəti ilə bağlı yekun qərar

Məkkə ziyarəti ilə bağlı yekun qərar
29 May 2020 - 11:45

Səudiyyə Ərəbistanı Ümrə və Məscidi-Hərəmə ziyarət qadağasını ləğv etməyib.

ONN media xəbər verir ki, ölkənin Həcc və Ümrə Nazirliyindən verilən açıqlamaya görə, ziyarət qadağası hazırkı şərtlər daxilində davam edəcək.

Sözügedən qərar səlahiyyətli qurumlar tərəfindən pandemiya müddətində veriləcək tövsiyələrə görə periodik olaraq nəzərdən keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti ötən gün koronavirus pandemiyasına qarşı görülən qabaqlayıcı tədbirləri yumşaltmaq məqsədilə 31 maydan etibarən Məkkədə ikimərhələli normallaşma planı tətbiq ediləcəyini açıqlayıb. Qərar çərçivəsində 3 həftə davam edəcək ilk mərhələdə Məkkəyə giriş qadağasının götürüləcəyi və 06.00-15.00 arasında küçəyə çıxmağa icazə veriləcəyi bildirilib.

Son rəqəmlərə görə, Səudiyyə Ərəbistanında 80 min 185 nəfər koronavirusa yoluxub, 441 nəfər ölüb. 54 min 553 nəfər sağalıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png