ONN İnformasiya Agentliyi

Məscidlər açılacaq? – RƏSMİ

Məscidlər açılacaq? – RƏSMİ
08 Avqust 2020 - 12:50

İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə məscidlərin açılması müzakirə olunmur.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

“Bu il xüsusi ildir. Nəzərə alın ki, Həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil”.

O qeyd edib ki, 2020-ci il qeyri-adi və tarixi ildir: “Mən hər kəsdən xahiş edirəm ki, virusun yoluxma sürətinin azalması üçün əlimizdən gələni edək. Qaydalar pozulduğu zaman dövlətə də bu barədə bildirin. Mənim şübhəm yoxdur ki, problemin qarşısını alıb, öhdəsindən gələcəyik. Əsas məsələ nə qədər itki verməyimizdir. Burada hər birinizi səfərbər olmağa çağırıram”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png