ONN İnformasiya Agentliyi

Microsoft Coca-Cola ilə beşillik müqavilə imzaladı

Microsoft Coca-Cola ilə beşillik müqavilə imzaladı
19 İyun 2020 - 3:48

Microsoft “Coca-Cola” şirkəti ilə beşillik müqavilə imzalayıb.

ONN media  bildirir ki, Microsoft “Coca-Cola” şirkətini proqram təminatı və Teams tətbiqi  ilə təmin edəcək.

Müqavilənin məbləği açıqlanmır, lakin əsas həllərlə yanaşı, Dynamics 365 tədarükü, eləcə də Biznes üçün müxtəlif alətlər dəsti də razılaşmaya daxildir.

“Microsoft Business Applications” qrupunun korporativ vitse-prezidenti Ceyms Filips (James Phillips), Coca-Cola şirkətinin məlumatların toplanması üçün Microsoft texnologiyasından, eləcə də lazımi məlumatları əldə etmək üçün süni intellektə əsaslanan həllərdən istifadə edəcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png