ONN İnformasiya Agentliyi

QƏTİ QORXUSU YOXDUR, ƏMİ CANI – Cavid İSMAYIL YAZIR

QƏTİ QORXUSU YOXDUR, ƏMİ CANI – Cavid İSMAYIL YAZIR
16 İyun 2020 - 10:30

Heç kimə sirr deyil ki, dünyada tüğyan edən koronavirus pandemiyası, dünyanın bir hissəsi olan Vətənimizdə də fəsadlar verməkdədir. Hər gün harada və kiminlə təmasda olmağından asılı olmayaraq əsas söhbət pandemiyadan, koronavirusdan gedir.

Pandemiyanın ilk günlərindən bir qrup insanda xəstəliyə inamsızlıq olsa da əksər insanlarımızda ​ gərginlik müşahidə edilirdi. İnsanlar bu virusla bağlı məlumatsız olduğundan daha çox narahatlıq keçirirdilər. Yeganə təsəlli, dövlətin ilk gündən təxirəsalınmaz, mərhələli tədbirlərin görülməsi haqqında ​ qəbul etdikləri qərarlar idi.

Elə ​ tədirginlik içində olan insanlarımız ilk gündən apteklərə maska üçün ​ üz tutsalar da bəzi​ işbazlar bu maskaları baha qiymətə satmağa və hətta Azərbaycandan kənara çıxartmağa calışmışdırlar. Və bu zaman əksər mütəxəssislər, o cümlədən Azərbaycandakı mütəxəssislər adi tibbi maskaların xəstəlikdən qorumadığını iddia etməyə başladılar. Daha sonra dövlətimiz dərhal maska ​ və digər xüsusi qoruyucu vasitələr istehsal etmək üçün müasir xəttin gətirilməsi ilə​bağlı ​ addımlar atdı və müasir xətt yaradıldı. Paralel olaraq maskaların aktuallığı da intensivləşməyə başladı. Elə bu fonda ​ bütün ​ mütəxəssislər maskanın taxılmasının vacibliyini vurğulamağa başladı. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılması, ardınca maska taxılmadığı halda müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulmasa da, xəstə sayının günü -gündən artması elə içtimai yerlərdə maskalardan istifadə edilməsini aktuallaşdırdı və qanunvericilikdə edilmiş dəyişikliklə maska taxmayan insanların inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxdı.

Eyni zamanda koronavirusdan dünyasını dəyişənlərin xüsusi qaydada dəfn edilməsi haqqında ictimaiyyətə məlumatlar verildi və müəyyən şəxslərin xüsusi qaydada dəfn prosesi də ictimailəşdi.

Bəzi insanlar hələ də koronanın yalan olduğunu deyir, xəstələrin sayı və vəfatı ilə əlaqədar ziddiyətli fikirlər gündəmi zəbt edir.

Gələk dəfnə.

Elə bu günlərdə milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin – Teymur əminin ömrünün 82-ci ilində koronadan​ vəfat etdiyi rəsmi olaraq bəyan edildi. Allahdan rəhmət diləyirəm. Ruhu şad yeri cənnət olsun inşallah.

Təbii ki, bir gün dünyaya gələn bir gün haqq dünyasına qovuşacaq. Bu həyatın qanunudur. Lakin koronadan dünyasını dəyişən olanda bir az duyğularda da fərqlilik olur məncə.

Və bu xəbərin ardınca İctimai Televiziyanın xəbərlər portalında Xalq artistinin özünün vəsiyyətilə doğma kəndində dəfn edildiyi haqqında xəbər lenti nümayiş etdirildi. Təbii ki, Teymur əminin daha layiqli dəfninin tərəfinəyəm. Çünki ömrünü Azərbaycan mədəniyyətinə sərf etmiş bir sənət adamının dəfnində iştirak etmək istəyən həm sənət dostları, qohumları, onun sənətinin vurğunları vardı. Lakin məlum pandemiya zamanı həm xüsusi qaydalar və koronavirusdan ölənlərin dəfninin ​ xüsusi qaydada​olması​ buna​ imkan​vermir. Amma bu sujetə baxandan sonra mən çox təəccübləndim. Belə ki, mərhumu evindən insanlar çiynində qəbiristanlığa gətirdilər və orada həmin​ insanaların iştirakı ilə dəfn edildi. Təbii ki, ilk baxışdan hər şey öz axarı ilə gedir. Lakin sual. Əgər Teymur əmi koronavirusdan dünyasını dəyişibsə, niyə xüsusi tələblərə uyğun dəfn edilməyib? Xüsusi qaydalar qəbul edilib axı. Bəs ordaki insanların sağlamlılığı üçün təhlükəli olmadı? Və ya əgər Teymur əmi koronavirusdan dünyasını dəyişməyibsə nədən onda ​ koronovirusdan dünyasını dəyişdiyi rəsmi ​ bəyan edildi?

Cənablar, ​ sizcə burda parodoksal bir şey yoxdur?

Sosial şəbəkələrdə dəfn zamanı insanların toplaşması müzakirə obyekti oldu. Rəsmi münasibət də gecikmədi. Elan edildi ki, insanlar qaydalara uyğun 10 nəfərdən yuxarı toplaşdığı üçün inzibati məsuliyyətə cəlb edildi. Bunu anladım. Bu epizotdda konkret 10 nəfərdən artıq toplaşmaq qadağandır. Bəs yuxarıda qeyd etdiyim halın cavabını kim verəcək? Və ya kim nəzarət etməlidir? Yaxud“TƏBİB” bu halda qərar verib ki, qəti qorxusu yoxdur, əmi canı?!!!

Hə, yeri gəlmişgən cənab yetkililər, sizə elə gəlmirmi ki, insanlarımızın etinatsızlığı fonunda sizin uğursuzlğunuz görsənir?

Və ya bəzi insanların xəstəliyə etinadsız münasibəti kimlərin xeyrinədir?

Cavid İSMAYIL.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png