ONN İnformasiya Agentliyi

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
03 İyun 2020 - 10:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Bu barədə qərar Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bnundan əvvəl isə Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.

Qeyd edək ki, Saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png