ONN İnformasiya Agentliyi

Virusun yayılma ehtimalı artır – İsayevdən xəbərdarlıq

Virusun yayılma ehtimalı artır – İsayevdən xəbərdarlıq
29 Aprel 2020 - 16:40

Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Nəticədə bir çox sahə öz fəaliyyətlərini bərpa ediblər. Belə olan halda virusun yayılma ehtimalı da artır.

ONN media xəbər verir ki, virusun yayılma ehtimalının qarşısını almaq üçün diqqət edilməli məqamlar haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev açıqlama verib.

O bildirib ki, məhdudiyyətlərin bir qisminin yumşaldılması bəzi vətəndaşlara öz fəaliyyətini bərpa etməyə imkan verib. Lakin bu, o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə belə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir.

“Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq”.

    ONN İnformasiya Agentliyi
    image_printÇap Et
    OXŞAR XƏBƏRLƏR
    ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png