Son günlərin statistikasına görə koronavirus infeksiyasının sürətlə yayılmasına görə Yevlax şəhəri liderə çevrilib.
ONN media xəbər verir ki, koronavirusa yoluxanlar arasında Yevlax Təcili Tibbi Yardım məntəqəsinin əməkdaşları da var. Hazırda onlardan beş nəfəri Ağdaş karantin mərkəzində müalicə olunur. Tibb işçiləri ilə yanaşı şəhər sakinləri arasında da yoluxma halı geniş vüsət alıb. 80 nəfərə qədər yoluxmuş şəhər sakinindən 53-ü kompakt olaraq eyni məhəllədə yaşayanlardır. Yaranmış təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə Yevlax Polis Şöbəsinin əməkdaşları məhəlləyə giriş-çıxışı məhdudlaşdırıb. Görülən təhlükəsizlik tədbirləri isə yerli qaraçıların etirazına səbəb olub. Polis əməkdaşlarının tələbinə əməl etməkdən imtinaya cəhd olunub. Təxirəsalınmaz tədbirlər sayəsində qanunazidd əməllərin qarşısı alınıb.
Sputnik Azərbaycan-ın əməkdaşı böhranlı vəziyyət bölgəsinə gedərək yaranmış durumu yaxından müşahidə edib, məhəllə yollarında qoyulmuş polis blokpostlarının canlı şahidi olub. Qeyd edək ki, giriş-çıxışı məhdudlaşdırılmış məhəlləyə daxil olmağa icazə verilməyib. Polislər bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.
Onu da deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında kompakt yaşayan qaraçı məhəlləsində yoluxanların sayı 53 nəfər göstərilib. Yoluxanlar karantin rejimində müalicəyə cəlb olunublar. Əlavə olaraq onu da bildirək ki, qaraçı məhəlləsində gərginliyin hələ də davam edəcəyi gözlənilir. Yerli sakinlərlə söhbət zamanı məlum olub ki, məhəllədəki qaraçılar təhlükəsizlik qüvvələrinə qarşı aqressiv hərəkətlərə meyllidirlər. Arzuolunmaz hadisələrin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına kömək olmaq əvəzinə, mane olmağa çalışırlar.



Bu rayonda kütləvi yoluxma qeydə alındı - Giriş-çıxış MƏHDUDLAŞDIRILDI
ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Azərbaycanda BU NAZİRLİYİN 25 əməkdaşı koronavirusa yoluxdu
Azərbaycanda tibb işçisindən ŞOK ADDIM: koronavirus xəstəsini...
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?
Evlərini tərk edən koronavirus xəstələri yaxalandı
Polis koronavirusu yayan 6 nəfəri yaxaladı
Yüksək rütbəli polislər koronavirusa yoluxdu - ÖLƏNLƏR VAR
Yevlax Şəhər İcra Hakimiyyətindən “YAŞAT” fonduna DƏSTƏK
Gəncədə təhlükəli tapıntı aşkar edildi
ÜST son rəqəmləri açıqladı
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 