Rusların "əjdaha”sı finlərə ŞOK YAŞATDI

Finlandiyanın Sahil Mühafizə Xidməti Rusiyaya məxsus yaxtanı “üçbaşlı əjdaha”ya bənzədib. ONN media xəbər verir ki, bu barədə “İlta-Sanomat” nəşri yazıb. Naməlum gəminin yaxınlaşması barədə informasiya alan Sərhəd Xidməti əməkdaşları gəmini qeyri-adi görünüşünə görə əjdahaya bənzədib. Bu barədə Sərhəd Mühafizə Xidməti əməkdaşları həmçinin sosial şəbəkə hesablarında da paylaşım ediblər. Qeyd edək ki, yaxta qədim rus gəmiləri şəklində dizayn edilib və rənglənib.