Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azərbaycan Mətbuat Şurası ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edir. Şuradan ONN media -ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Respublikasında paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, yuxarıda qeyd olunan sahələrdə əldə olunan mühüm irəliləyişlər barədə ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Müsabiqənin mövzuları
- Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası;
- Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət.
- Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır;
- Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
- İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər;
- Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir;
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən saytlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan saytlar (1 il müddətində);
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış saytlar (6 ay müddətində).
- Dərc olunmuş yazıda “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir” qeydi göstərilməlidir;
- Yazıların həcmi 9-11 min işarədən çox olmamalıdır.
- Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə;
- Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə;
- A4 formatında olan zərfdə;
- Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
- Təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
- Yazıların qəbulu 10 iyun 2019-cu il tarixində başlayır, 10 iyul 2019-cu il tarixində başa çatır.
- Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə təqdim olunmalıdır.
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
- I yer - 1 nəfər - 1000 manat;
- II yer - 1 nəfər – 500 manat;
- III yer - 2 nəfər – hər biri 300 manat;
Yazının istiqaməti | |
Yazının adı | |
Müəllifin adı, soyadı, atasının adı | |
Mətbuatda təxəllüsü (əgər varsa) | |
İşlədiyi KİV | |
Vəzifəsi | |
Yazının dərc olunduğu mətbuat orqanı | |
Ünvanı və poçt indeksi | |
-iş telefonu | |
-ev telefonu | |
-mobil telefonu |