Kim Çen Inın qardaşı ABŞ-a işləyib?

2017-ci ildə Kuala-Lumpurun hava limanında qətlə yetirilən Kim Çen Nam ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat verəni olub. ONN media xəbər verir ki, Şimali Koreya liderinin qardaşı Malayziyada MKİ-nın əlaqələndiricisi ilə görüşməli idi. Görüşün Lanqkavi adasında baş tutduğu bildirilir. Ehtimala olunur ki, Kim Çen Nam digər ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıq edə bilərdi.