Füzuli və Samuxda taxıl sahələri yanıb

Füzuli və Samuxda taxıl sahələri yanıb

Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Bu barədə ONN media-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd olunur ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Həmçinin Samux rayonunun Lək kəndində isə 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt