Antalyada xəstəxanada partlayış: ölən və yaralılar var
Türkiyənin Antalya şəhərində yerləşən xəstəxanada partlayış baş verib. ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, partlayış xəstəxananın kondisionerlərinə texniki baxış zamanı baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
