Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Bu tarixdə

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Bu tarixdə

İyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə təşkil olunacaq.

Geri qayıt