Qadın təyyarədə qəza çıxışı qapısını açdı — HAVADA İNSİDENT

Qadın təyyarədə qəza çıxışı qapısını açdı — HAVADA İNSİDENT


“Pakistan hava yolları” şirkətinə məxsus təyyarənin qadın sərnişini tualetin qapısı ilə qəza çıxışının qapısını dəyişik salıb.
ONN media xəbər verir ki, nəticədə 37 sərnişin təxliyə edilib, reys isə 8 saat gecikib. İslamabaddan Mançesterə uçuşa hazırlaşan 702-ci reysdə insident baş verib. Uçuşa hazırlaşan zaman sərnişinlərdən biri “təhlükəsizlik kəmərini taxın” elanına əhəmiyyət verməyərək tualet axtarmaq üçün ayağa qalxıb. Amma o, tualetin qapısı əvəzinə qəza çıxışının qapısını açıb. Nəticədə 37 nəfər sərnişin 8 saat mənzil başına gec çatıb.(ölkə.az)
Geri qayıt