Alen Delon TƏCİLİ xəstəxanaya yerləşdirildi

Fransaız aktyor Alen Delon kəskin miqren ağrıları səbəbindən xəstəxanaya çatdırılıb. ONN media bildirir ki, aktyor parisətrafı Neyi-syür-Sen şəhərindəki Amerika xəstəxanasına aparılıb. 83 yaşlı film ulduzu müayinələrdən keçirilib və bu gün axşam xəstəxanadan çıxacağı gözlənilir. Qeyd edək ki, o, son zamanlarda səhhətindəki problemlərə görə tez-tez pərəstişkarlarını həyəcanlandırır. Bu halların Alen Delonun həyat yoldaşı Mirey Dark vəfat etdikdən sonra daha da artdığı bildirilir.