Putindən Türkiyə ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən Türkiyə ilə bağlı diqqətçəkən AÇIQLAMA

Suriyada terrorizmə qarşı mübarizədə əldə edilən nailiyyətlər Türkiyə, İran və Rusiyanın birgə uğurudur. ONN media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında çıxışı zamanı deyib. “İranın aktiv rolu nəticəsində bu sahədə bir çox şeyi həll etdik. Əlbəttə ki, bu, Rusiya, İran və Türkiyənin birgə uğurudur. Terrorizmə qarşı mübarizədə və sabitliyin təminatında olduqca konstruktiv əməkdaşlığa sahibik”, - deyə Kreml rəhbəri bildirib.(axar.az)

Geri qayıt