Sumqayıtda lift yandı- SAKİNLƏR İSƏ...

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.