Mədəndə 2 nəfər öldü

İranın şimalında yerləşən Mazandaran vilayətinin Savadkuh rayonundakı Şirdərə daş-kömür mədənində 2 işçi qazdan boğulub. ONN media xəbər verir ki, bunu Savadkuh rayonunun qubernatoru Səid Yəzdani deyib. Qubernator bildirib ki, Mazandaran vilayəti Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri hadisə yerinə ezam olunublar.(trend)