Yunus Oğuz: “Tariximizə sahib çıxmalıyıq"
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin təşkilatçılığı ilə "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda çıxış edən Olaylar İnformasiya Agentliyinin baş redaktoru, tarixi əsərlər müəllifi Yunus Oğuz başda Yaqub Mahmudov olmaqla təşkilatçılara təşəkkür etdi: "Tariximizə sahib çıxmalıyıq. Tariximiz, ədəbiyyatımız farsca da yazılsa, bizim sərvətimizdi. Uzun müddət tariximizi, ədəbiyyatımızı əlimizdən aldılar. Bu gün və gələcəkdə təşkil olunacaq bu kimi beynəlxalq konfranslar və tədbirlər bizə milli kimliyimizi qaytarır. Millət olaraq keçmişdən gələcəyə dövlətçiliyimizi, etno-sosial psixologiyamızı gələcək nəsillərə qalib kimi daşıyaq".
