Gəncədə yanğın - 7 nəfər...

Gəncədə yanğın - 7 nəfər...


Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 m² olan dam örtüyünün yanar konstruksiyaları 250 m² sahədə yanıb.
ONN media FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt