Gürcüstan hakimiyyətinə 3 saat vaxt verildi

Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər. ONN media xəbər verir ki, bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdi. Parlamentdəki jurnalistlər də binadan çıxarılıb. Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb. İştirakçılar daxili işlər naziri Georqi Qaxariyanın istefasını tələb edirlər. Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər. Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.(publika)