Silahlilar Suriyada yeddi yaşayış məntəqəsini atəşə tutub

Silahlılar sutka ərzində Suriyanın yeddi yaşayış məntəqəsində atəşkəs rejimini pozublar. ONN media xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleklsey Bakin bildirib. A.Bakin deyib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin İkko (iki dəfə), Safsafa, Mamuxiya, Kinsibba, Raşa və Qara-Caqez yaşayış məntəqələrini, Həma vilayətinin Əl-Asi yaşayış məntəqəsini atəşə tutublar".