Qatar su kanalına düşdü: 5 ölü, 100 yaralı

Qatar su kanalına düşdü: 5 ölü, 100 yaralı

Banqladeşin şərq hissəsində Maulvibazar vilayətində qatar körpü üzərində relslərdən çıxıb. ONN media  xəbər verir ki, yerli “Daily Star” qəzetinin məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 100-dən çoxu yaralanıb. Nəşr yazır ki, Silxetadan paytaxt Dakkaya hərəkət edən “Upaban Express” qatarının vaqonlarından biri relslərdən çıxaraq su kanalına, iki başqa vaqon isə kanalın sahilinə düşüb. Həlak olanların bədənləri kanaldan çıxarılıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır.

Geri qayıt