Keçmiş Konqresmen Trampın rəqibi oldu

Keçmiş Konqres üzvü, demokrat, Hərbi-Dəniz Qüvvələrinin istefada olan admiralı Co Sestak 2020-ci ildə prezident seçkilərində iştirak edecəyini elan edib. ONN media xəbər verir ki, bu haqda Sestakın saytında dərc edilən xəbərdə deyilir. O, iki əsas məqsədlə seçki kampaniyasına qatılmaq istədiyini bildirib: iqlim dəyişikliyini dayandırmaq və liberal dünyanın qarşılaşdığı haqsızlıqlara son qoymaq. İkinci halda söhbət demokratik seçkilərə Rusiyanın müdaxiləsindən 5G şəbəkələrinin üstündə Çinin nəzarətinə qədər olan problemlərdən söhbət gedir.