İndoneziyada güclü zəlzələ — Sunami təhlükəsi

İndoneziyada güclü zəlzələ — Sunami təhlükəsi


İndoneziyanın Maluku vilayətində 7.3 bal gücündə zəlzələ olub.
ONN media xəbər verir ki, zəlzələdən sonra ölkədə sunami xəbərdarlığı edilib. Dağıntı və tələfat barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, zəlzələ dəniz səviyyəsinin 208 km-liyində baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına əsasən, zəlzələ səhər saatlarında, Rixter cədvəli ilə 7.3 bal gücündə olub. Maluku regionu sahillərində baş verən zəlzələ dəniz səviyyəsinin 208 km dərinliyində olub. İndoneziyanın rəsmi qurumları isə zəlzələnin 7.7 bal gücündə olduğu bildirilir.
Geri qayıt