Bakıda dönərxanada 5 nəfər zəhərləndi

Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında "Astoriya"nın yanındakı dönərxanada zəhərlənmə baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, zəhərlənmə hadisəsindən 5 nəfər zərər çəkib. Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.