Kür çayından 25 yaşlı qadının meyiti tapıldı

Şirvanda qadın meyiti tapılıb. ONN media xəbər verir ki, Kür çayının Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində, sahildə qadın meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı ölən qadının Şirvan şəhər sakini,1994-cü il təvəllüdlü Bayramova Fidan Məmmədağa qızı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.