Putin Ərdoğanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə 29 iyunda görüşəcək. ONN media xəbər verir ki, liderləri Yaponiyanın Osaka şəhərində baş tutacaq G20 sammiti çərçivəsində bir araya gələcək. Kremlin mətbuat katibi Yuri Uşakov məlumatı təsdiqləyib.