Angela Merkelin vəziyyəti qəfildən pisləşdi – VİDEO

Angela Merkelin vəziyyəti qəfildən pisləşdi – VİDEO


Almaniya kansleri Angela Merkel növbəti dəfə rəsmi görüş zamanı  özünü pis hiss edib.
 
Almaniya prezidenti Frank Valter Ştaynmayerin rəsmi qəbulunda olan zaman Merkel anidən titrəməyə başlayıb.
 
ONN media bildirir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib
 
Hətta Merkelə bir stəkan su təklif edilib, o, isə suyu içməkdən imtina edib.
 
Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti  Merkelin özünü yaxşı hiss etdiyini və G- 20 sammiti üçün Yaponiyaya səfərə hazırlaşdığını bildirib.
 
Qeyd edək ki, bir müddət əvvəl də buna bənzər hadisə olmuşdu. Belə ki, Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss etmişdi.
https://www.youtube.com/watch?v=44j-tpuEefs&feature=youtu.be
Geri qayıt