Abdulla Gül yeni partiya yaradır

Türkiyənin keçmiş prezidenti Abdulla Gül və bir qrup məmur yeni siyasi partiyaya yaratmaq barədə qərar veriblər. ONN media Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar arasında Rəcəb Tayyip Ərdoğanın siyasi kursu ilə razılaşmayan keçmiş AKP-lilər olacaq. "Partiyaya keçmiş XİN rəhbəri Ali Babacan başçılıq edəcək"-deyə Türkiyə mətbuatı yazır.