Göygöldə DƏHŞƏTLİ QƏZA - Polis əməkdaşı...
Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media xəbər verir ki, Göygöl-Toğanalı avtomobil yolunda hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon Polis Şöbəsinin əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
