Türkiyəli əsgərlər İdlibdə atəşə tutulub- SON DURUM

Türkiyəli əsgərlər İdlibdə atəşə tutulub- SON DURUM

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

ONN media türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Hücum nəticəsində bir türkiyəli əsgər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar hadisə yerindən təxliyyə edildikdən sonra xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Rusiyanın Ankaradakı attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.

Geri qayıt