Putin liderlərlə şam yeməyinə termosu ilə getdi - Foto

G20 sammitində iştirak etmək üçün Yaponiyada olan Rusiya prezidenti Vladimir Putin dünya liderləri ilə şam yeməyinə öz termosu ilə gedib. ONN media xəbər verir ki, Yaponiya prezidenti Sindzo Abenin nitqindən sonra Putin bardaq-termosunu açaraq ondan çay içməyə başlayıb. Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında onun həmişə çayı termosdan içdiyini deyib.