Tbilisidə etiraz aksiyası davam edir

Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə etiraz aksiyasını davam etdirir. ONN media xəbər verir ki, doqquz gündür davam edən aksiyanın tələbi dəyişməyib. Narazı kütlə daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edir. Aksiyaya bölgələrdən gələn gənclər də qoşulublar.