Bakıda İsanın doğulduğu kilsə ilə bağlı - QƏRAR

UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyasında İsa Məsihin doğulduğu kilsənin və Beyt-Ləhm ərazisinin təhlükəli vəziyyətdə olan abidələrin siyahısından çıxarılması müzakirə olunub. ONN media xəbər verir ki, bununla bağlı təqdimatı Fələstinin UNESKO-dakı səfiri Munir Anastas edib. O, İsa peyğəmbərin dünyaya göz açdığı Beyt-Ləhmin bütün dinlər və xalqlar üçün açıq olduğunu deyib: “Beyt-Ləhm xristianlar üçün müqəddəs şəhərdir və Fələstinin ərazisindədir. Biz ötən müddət ərzində bu ərazidə, bu kilsədə ciddi quruculuq işləri apardıq və artıq kilsə təhlükəli vəziyyətdə olan abidələrin siyahısından çıxarılmaq üçün tam hazırdır”. Müzakirədən sonra İsa Məsihin doğulduğu kilsənin və Beyt-Ləhm şəhərinin siyahıdan çıxarılmasına dair qərar qəbul olunub. Daha sonra Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərinin siyahıdan çıxarılması ilə bağlı təklif olub. Dəməşqlə bağlı təqdimat edən Suriya nümayəndəsi ölkəsində 2011-ci ildən davam edən silahlı münaqişənin sona çatmaq üzrə olduğunu bildirib. O, 2013-cü ildən təhlükəli siyahıda olan Dəməşqin siyahıdan çıxarılmasını əsaslandırıb. Hər iki təklif qəbul olunub.