Bu gün saytlar niyə açılmırdı? — Rəsmi açıqlama

Bu gün saytlar niyə açılmırdı? — Rəsmi açıqlama


Bu gün 17:00-dan sonra əksər saytlara girişdə problemlər yaşanıb. Problem təxminən 20 dəqiqəyə yaxın davam edib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən açıqlama verilib. Nazirlikdən bildirilib ki, bu gün yaşanan hal kütləvi xarakter daşımayıb: “İlkin olaraq bildiririk ki, hər bir texniki və server yüklənməsini haker hücumu ilə əlaqələndirmək düzgün deyil. Bu məqsədlə elektron media rəhbərlərinə tövsiyə olunur ki, öz serverlərinin təhlükəsizliyini və yüklənməsini mütəmadi nəzarətdə saxlasınlar. Əks halda informasiya mübadiləsi zamanı istifadəçilərin çoxluq təşkil etdiyi anlarda hostinq və serverlərin işində texniki problemlər, xüsusilə fasilələr yarana bilər. İlkin araşdırmamız göstərdi ki, məhz bu gün yaşanan hal kütləvi xarakter daşımayıb və haker hücumu deyil”. Məlumatda o da qeyd edilib ki, vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti müvafiq istiqamətdə araşdırmaları davam etdirəcək.
Geri qayıt