Tiflisdə ruslara hücum videosu yalan çıxdı – Rəsmi

Gürcüstanda Rusiyadan olan ailənin avtomobilinə hücumun videosu yayılıb.
ONN media xəbər verir ki, video Teleqram sosial şəbəkəsindəki “Pul№3” kanalında yerləşdirilib. Ailənin avtomobilinin saxlanılmasına səbəb onun üzərində olan “Georgiyevsk lenti” olub.
Gürcü gənclər ruslardan ya lenti avtomobildən çıxartmağı, ya da lenti onlara vermələrini tələb edib. Əvvəlcə lenti verməyə etiraz edən sürücü sonradan bu fikrindən imtina edib.
***
Gürcü millətçilərinin rus turistlərinin avtomobilinə hücumunu əks etdirən video internetə 5 il əvvəl yüklənib.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Məlumatda videonun 2014-cü ilin 22 avqustuna aid olduğu bildirilib.