Ölkədə fövqəladə vəziyyət: 1 milyon insan...

Yaponiyanın Kyuşu adasında intensiv yağışların yağacağı gözlənilir. ONN media xəbər verir ki, hökumət adadakı 1 milyon insanın təxliyə ediləcəyini bəyan edib. Qeyd edilir ki, adada torpaq sürüşməsi və sel riski də var. Baş nazir Şinzo Abe təcili olaraq, əraziyə 14 min nəfərdən ibarət yardım qrupu göndərib.